İDMAN


“Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb

Bakı, 6 iyun, AZƏRTAC

2017/2018-ci il mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, David Pietrzkieviç və Murad Musayev yeni mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcəklər. Bunadək isə komanda Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə yollarını ayırmışdı.

2013-2014-cü il və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən D.Pietrzkieviç “qırmızı-qara” formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, Premyer Liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.

2012/2013-cü il mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən M.Musayev 9 matç keçirib. Müdafiəçi Premyer Liqada 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.

“Qəbələ” rəhbərliyi D.Pietrzkieviç və M.Musayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.