REGİONLAR


Qəbələ fındıq emalı zavodunun məhsulları Avropa ölkələrinə ixrac edilir

Qəbələ, 5 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ fındıq emalı zavodunun məhsulları Avropa ölkələrinə ixrac edilir.

AZƏRTAC xəbər verir ki, fındıqçılıq Qəbələnin iqtisadiyyatında aparıcı yerlərdən birini tutmaqla yanaşı, rayon əhalisinin əsas məşğuliyyət sahələrindən biridir. Kəndlilər yetişdirdikləri məhsulun bir hissəsini rayonda fəaliyyət göstərən Qəbələ fındıq emalı zavoduna təhvil verirlər. Müəssisəyə Qəbələ ilə yanaşı Oğuz, Zaqatala və Qax rayonlarından da fındıq gətirilir.

Hazır məhsullar əsasən Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə ixrac olunur. 2005-ci ildən fəaliyyət göstərən müəssisədə fındıq ləpəsindən püre, şokolad kremi, duzlu və şəkərli fındıq ləpəsi, üzərinə şokolad çəkilmiş fındıq ləpəsi və digər məhsulların hazırlanması da nəzərdə tutulur. Bu məhsullar da MDB və Avropa ölkələrinə ixrac ediləcək.

Rayonda fındıqçılığın inkişafına uyğun olaraq zavodun gücü daha da artırılacaq. Hazırda Qəbələdə 1000 hektar sahədə yeni fındıq bağının salınması üçün işlər görülür. Yaxın illərdə rayonda əlavə olaraq 2 min hektar sahədə yeni fındıq bağlarının salınması üçün dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar müəyyənləşdirilib.

Qeyd edək ki, hazırda Qəbələ rayonunda 3827 hektar fındıq bağı var. Bunun da 3480 hektarı bar verəndir. Artıq məhsul yığımı başa çatıb. Bu il bağlardan 8 min 200 tondan artıq məhsul götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.