İDMAN
“Qəbələ” futbol klubu Avstriyanın “Qrodiq” komandası ilə qarşılaşacaq
Bakı, 30 iyun, AZƏRTAC
2017/2018-ci il mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” futbol klubu məşqlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq keçirlər.
Komandamız bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək. Roman Qriqorçukun yetirmələrinin Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib. Belə ki, “Qəbələ” Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək. 1948-ci ildə yaradılan komanda Avstriya ikinci liqasında çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]