İDMAN


“Qəbələ” futbol klubu Polşa hazırlığına start verib

Bakı, 17 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” futbol klubu Polşaya yollanıb.

AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Varşavada ilk məşqə çıxıblar. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirirlər. Futbolçular toplu və topsuz təmrinləri icra ediblər. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.

Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yagelloniya”–“Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.