İDMAN


“Qəbələ” futbol klubu U-12 Liqasının qalibi olub

Bakı, 15 may, AZƏRTAC

“Kapitan Bank Arena”da futbol üzrə U-12 Liqasının final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Gəncənin "Azəri" TİM komandası ilə qarşılaşan "Qəbələ" 3:0 hesabı ilə qələbə qazanıb.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mövsüm ərzində 50 qol vuran "Kəpəz"in hücumçusu Sadiq Şəfiyev liqanın bombardiri olub. Final qarşılamasının ən yaxşı oyunçusu "Qəbələ" komandasında çıxış edən Okan Təhməzli seçilib. “Fair-play” mükafatına isə "Azəri" TİM komandasının futbolçusu Şahin Şahniyarov layiq görülüb.

Liqanı üçüncü pillədə başa vurmuş “Leon”, ikinci yeri tutmuş “Azəri” TİM və turnirin qalibi “Qəbələ” müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.

Sonda “Qəbələ” komandasına kubok təqdim olunub.

Mükafatları AFFA-nın Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, “Sumqayıt” futbol klubunun baş meneceri Ceyhun Sultanov təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.