İDMAN


“Qəbələ” futbol klubunda yeni təyinat gerçəkləşib

Bakı, 5 iyul, AZƏRTAC

“Qəbələ” futbol klubunda yeni təyinat gerçəkləşib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub. O, 2015-ci ildən məşqçi kimi çalışdığı bu komandaya rəhbərlik edəcək.

Futbolçu kimi “Şəfa” (1997-1999-cu il), “İnter” (1999-2007-ci il), “Xəzər-Lənkəran” (2007-2008-ci il), “Neftçi”nin (2008-2011-ci il) şərəfini qoruyan E.Baxşıyev karyerasını “Qəbələ”də (2012-2013-cü il) başa vurub.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən 50 futbolçu arasında yer alan yarımmüdafiəçi 268 matçda 9 qol vurub. O, “Qəbələ”də hamısı çempionatda olmaqla 28 oyun keçirib. 2004-2009-cu illərdə Azərbaycan milli komandasının şərəfini qoruyan E.Baxşıyev yığmada 32 görüşdə iştirak edib. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan çalışdırıcının ilk iş yeri “Neftçi”nin U-19 komandası olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.