İDMAN


“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsi üçün heyəti açıqlanıb

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsi üçün heyəti müəyyənləşib.

Klubdan AZƏRTAC-a bildiriblər ki, “qırmızı-qaralar” Belçikanın “Anderlext”, Fransanın “Sent-Etyen” və Almaniyanın “Mayns” klubları ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib. Beynəlxalq quruma göndərilən “A” siyahısında 21 futbolçu yer alıb. “B” siyahısına isə 9 oyunçu daxil edilib.

“Qəbələ” qrupda ilk oyununu sentyabrın 15-də keçirəcək. “Qırmızı-qaralar” həmin gün səfərdə “Anderlext”lə qarşılaşacaq.

“Qəbələ”nin “A” siyahısında qapıçılar - Dmitri Bezotosnı, David Pietrzkieviç, Murad Popov, müdafiəçilər - Vojislav Stankoviç, Murad Musayev, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Rikardinyo, Ürfan Abbasov, Rafael Santos, yarımmüdafiəçilər - Elvin Camalov, Rəşad Sadiqov, Nika Kvekveskiri, Asif Məmmədov, Filip Ozobiç, Teo Uiks, Petar Franyiç, Rəşad Eyyubov, hücumçular - Sergey Zenyov, Ruslan Qurbanov və Baqali Dabo yer alıb.

“B” siyahısına isə qapıçı - Süleyman Süleymanov, müdafiəçi - Sadiq Quliyev, yarımmüdafiəçilər - Qismət Alıyev, Roman Hüseynov, Hacıağa Hacıyev, Tellur Mütəllimov, hücumçular - Fərid Nəbiyev, Ehtiram Şahverdiyev və Ramil Hasanovun adı daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.