İDMAN


“Qəbələ” futbol klubunun UEFA Avropa  Liqasındakı ilk rəqibi müəyyənləşib

Bakı, 7 iyul, AZƏRTAC

“Qəbələ” futbol klubunun UEFA Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Polşanın “Yagelloniya” klubu ilə qarşılaşacaqlar. Bunu birinci təsnifat mərhələsinin qarşılaşmaları rəsmiləşdirib. Polşalılar iki oyunun yekununda Gürcüstan “Dinamo”sunu (Batumi) mübarizədən kənarlaşdırıblar – 1:0, 4:0.

“Qəbələ” və “Yagelloniya” arasında ilk oyun iyulun 13-də keçiriləcək. Bakıdakı “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.