İDMAN


“Qəbələ” heyətini daha iki futbolçu ilə gücləndirib

Bakı, 6 iyun, AZƏRTAC

2017-2018-ci il mövsümünün hazırlığına start verən “Qəbələ” heyətini daha iki futbolçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, indiyədək İlqar Qurbanovla müqavilə bağlayan “qırmızı-qaralar” qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədovu da heyətinə qatıb. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Karyerasına “Bakı” klubunda (2007-2014) başlayan A.Məmmədov 2015-2016-cı illərdə “Neftçi”də qapıçı kimi çıxış edib. Oyunçu 2016-2017-ci il mövsümünü AZAL-da keçirib. Azərbaycanın U-21 yığmasında oynamış qolkiper 2015-ci ildə əsas milli komandada debüt edib. O, millidə 1 oyuna çıxıb.

Digər oyunçu Elvin Məmmədov peşəkar karyerasına 2005-ci ildə “Turan”da başlayıb. 2007-ci ilədək bu komandada çıxış edən yarımmüdafiəçi sonradan “İnter” (2008-2009-cu il, 2014-2015-ci il), “Qarabağ” (2009-2011-ci il, 2015-ci il), “Bakı” (2011-2014-cü il) və “Zirə”nin (2016-cı il) şərəfini qoruyub. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış E.Məmmədov 2008-ci ildə əsas milli komandada debüt edib. Futbolçu millinin heyətində 37 oyun keçirib və 7 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.