İDMAN
“Qəbələ” klubu Albaniyanın “Tirana Nasional” komandasına böyük hesabla qalib gəlib
Bakı, 25 aprel, AZƏRTAC
Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası yarışın sonuncu günündə 9-10-cu yerlər uğrunda matçda qüvvəsini sınayıb. “Qırmızı-qaralar” Albaniyanın “Tirana Nasional” klubu ilə üz-üzə gəliblər. Famil Xəlilovun yetirmələri bu qarşılaşmada 4:0 hesablı qələbə qazanıblar. “Qəbələ”nin heyətində Veysəl Rzayev 2, Samir Məhərrəmli və Hüseyn Mürsəlov hərəyə 1 qol vurublar. Bu qələbə ilə “qırmızı-qaralar” yarışı 9-cu pillədə başa vurublar.
Yarışın qalibi adına isə Yunanıstanın AEK klubu yiyələnib. Digər Yunanıstan təmsilçisi “İraklis” 2-ci, Rusiya “Krasnodar”ı 3-cü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]