İDMAN


“Qəbələ” klubu Avropa Liqasının ikinci təsnifat  mərhələsində “Yagelloniya” komandasını qəbul edəcək

Bakı, 13 iyul, AZƏRTAC

Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu mərhələnin ilk oyunu çərçivəsində Qəbələ təmsilçisi Polşanın “Yagelloniya” klubunu qəbul edəcək.

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi almaniyalı Marko Fritz olacaq. Ona həmyerliləri Holger Gunter Henşel və Marsel Pelgrim kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Guido Vinkmann yerinə yetirəcək.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da start götürəcək. Cavab matçı bir həftə sonra Polşada oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.