İDMAN


“Qəbələ” klubu Avstriya və Bolqarıstan komandaları ilə qarşılaşacaq

Bakı, 17 iyun, AZƏRTAC

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu 2017/2018-ci il mövsümünə hazırlığı davam etdirir.

AZƏRTAC kluba istinadla xəbər verir ki, məşqlərini İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə məşq keçirlər.

Komanda günün ilk yarısında fitness-zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur.

Artıq milli komandanın düşərgəsindən qayıdan futbolçular da komanda çalışmalarında iştirak edirlər. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, komandanın yeni legioneri ispaniyalı Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb.

Yerli “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə yoxlama oyunlarında forma geyinə bilməyən oyunçular “qırmızı-qaralar”la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.

İyunun 18-də komandamız Avstriyada növbəti sınağına çıxacaq. “Qəbələ” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət matçlarda üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.