İDMAN


“Qəbələ” klubu Avstriyanın “Qrodiq” komandasını böyük hesabla məğlub edib

Bakı, 1 iyul, AZƏRTAC

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Zalsburq bölgəsində təşkil olunan hazırlığın ikinci mərhələsinin ilk qarşılaşmasında yerli “Qrodiq” klubu ilə üz-üzə gəliblər.

“Qəbələ” oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alsa da, avstriyalıların müqavimətini yalnız ilk yarının ortalarında qıra bilib. Matçın 24-cü dəqiqəsində Stiven Monroz fərqlənib. Fasiləyədək komandamız hesabı artırmağa da nail olub. İlk qoldan 13 dəqiqə sonra Ürfan Abbasov rəqib qapısına yol tapıb.

İkinci hissəyə “Qəbələ” qolla başlayıb. Qarşılaşmanın 47-ci dəqiqəsində Asif Məmmədov fərqlənib. Bir dəqiqə sonra Xavyer Ernandes Qonzales hesab arasındakı fərqi artırıb. A.Məmmədov 56-cı dəqiqədə dubl müəllifi olsa da, iki dəqiqə sonra Araz Abdullayev penaltini dəqiq yerinə yetirib. Fərid Nəbiyevin 75-ci dəqiqədəki qolu matçda sonuncu olub – 7:0.

Beləliklə, “Qəbələ” ikinci təlim-məşq toplanışına böyük hesablı qələbə ilə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.