İDMAN


“Qəbələ” klubu İtaliyanın “Milan” komandası ilə qarşılaşıb

Bakı, 23 may, AZƏRTAC

İtaliyanın Rimini şəhərində Flavio Perottinin xatirəsinə həsr olunmuş futbol turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb.

Ülfət Mədətovun baş məşqçisi olduğu komandamız birinci mərhələnin “A” qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə qarşılaşıb. “Qəbələ” ilk oyununda “Milan”la görüşüb. “Qırmızı-qaralar” bu matçda 0:3 hesabı ilə məğlub olub. İkinci görüşdə komandamız “Spal 2013” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib. Beləliklə, “qırmızı-qaralar” ilk iki turda 1 xal toplayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.