İDMAN


“Qəbələ” klubu Kiyevin “Dinamo” komandası ilə qarşılaşıb

Bakı, 5 iyul, AZƏRTAC

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu növbəti yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” ikinci təlim-məşq toplanışı çərçivəsində ikinci matçında Kiyev “Dinamo”su ilə qarşılaşıblar.

Oyunda ilk yaddaqalan epizodu “qırmızı-qaralar” yaradıblar. Stiven Jozef-Monrozun 7-ci dəqiqədəki uzaqdan güclü zərbəsi qapıdan aralı keçib. Komandamız topa daha çox nəzarət etməyə çalışsa da, Kiyev təmsilçisi hesabı açmağa müvəffəq olub. Matçın 13-cü dəqiqəsində Dmitri Xlobas fərqlənib. Rəqib qapısına qısa ötürmələrlə yaxınlaşmağa çalışan “Qəbələ” Endi Hallidey və Araz Abdullayevin zərbələri ilə də qola yaxın olub. Lakin ilk zərbəni müdafiəçi dəf edib, ikinci halda hücum künc zərbəsi ilə yekunlaşıb. Hissənin ortalarında Endi real imkan əldə etməyə yaxın olsa da, topa çatmayıb. Ukraynalılar da bir neçə dəfə qapıçı Dmitri Bezotosnını narahat ediblər.

Fasilədən sonra da oyun oxşar ssenari ilə davam edib. Komandalar qarşılıqlı hücumlarla hesabı dəyişməyə çalışıblar. Oyunun 55-ci dəqiqəsində ukraynalılar istəyinə çatıb. D.Xlobas dubla imza atıb. Hakimin final fitinə 4 dəqiqə qalmış “qırmızı-qaralar” fərqi azaltmağı bacarıb. Elvin Məmmədov “Dinamo”nun qapısına yol tapıb. Bu da matçda sonuncu qol olub.

Beləliklə, “Qəbələ” Avstriyadakı 7-ci matçında “Dinamo”ya 1:2 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.