İDMAN


“Qəbələ” klubu “Panatinaikos”la matçın hazırlığına start verib

Bakı, 22 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb.

AZƏRTAC xəbər verir ki, ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start veriblər. İyulun 21-də Belostokdan paytaxta yollanan komandamız hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

“Qəbələ” bu gün baş tutacaq növbəti məşqini də Varşavada gerçəkləşdirəcək. Komandamız sabah Yunanıstana yollanacaq. “Qırmızı-qaralar” iyulun 27-də baş tutacaq oyunun hazırlığını Afinada davam etdirəcək.

Qeyd edək ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.