İDMAN
“Qəbələ” klubu malili futbolçunu heyətinə cəlb edib
Bakı, 3 iyul, AZƏRTAC
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib. İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan “qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “Qəbələ”nin formasını geyinəcək.
Forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə “Bastiya” klubunun əsas və “B” komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyənin “Samsunspor” klubunun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb. 2016/2017-ci il mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]