İDMAN


“Qəbələ” klubu müdafiəçisi Vitali Vernidubla müqavilə müddətini uzadıb

Bakı, 11 may, AZƏRTAC

“Qəbələ” futbol klubu müdafiəçisi Vitali Vernidubla müqavilə müddətini uzadıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2016-2017-ci il mövsümünün sonunda başa çatan 30 yaşlı futbolçu daha bir il “qırmızı-qara” formanı geyinəcək.

2015-ci ilin iyunundan “Qəbələ”nin şərəfini qoruyan Vernidub komandanın heyətində Premyer Liqanın 2015-2016-cı il mövsümündə bürünc, 2016-2017-ci il mövsümündə isə gümüş mükafat qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.