İDMAN


“Qəbələ” klubu xorvatiyalı yarımmüdafiəçini heyətinə cəlb edib

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC 

“Qəbələ” klubu “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir yeni futbolçu qatıb.

Klubdan AZƏRTAC-a bildiriblər ki, hücum xəttini Ruslan Qurbanov ilə gücləndirən “qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə də anlaşıblar. İyirmi beş yaşlı orta sahə oyunçusu ilə ikiillik müqavilə imzalanıb.

Futbolda ilk addımlarını “Kroatia Sesvete” klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb “Dinamo”sunun gənclərdən ibarət heyətinə cəlb edilib. Peşəkar karyerasına da bu klubda başlayan Franyiç 2010-2014-cü illərdə “Dinamo”ya məxsus olub. O, bu müddətdə icarə əsasında “Lokomotiv” (2010-cu il), “Radnik” (2010-2013-cü il) və “İstra”nın (2013-cü il) formasını geyinib.

“Dinamo” ilə müqaviləsi başa çatandan sonra futbolçu “İstra” (2014-2015-ci il) və “Split”də (2015-2016-cı il) çıxış edib. P.Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.