İDMAN


“Qəbələ” klubunun “Dinamo” ilə oyunlarının vaxtı dəqiqləşib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC 

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının birinci mərhələdə keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın “Dinamo” (Moskva) klubu ilə ilk qarşılaşma sentyabrın 21-də keçiriləcək. Öncədən sentyabrın 28-nə planlaşdırılan matçın vaxtı dəyişdirilib və 1 həftə əvvəl baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək və matç saat 19:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu oktyabrın 19-da baş tutacaq. Qarşılaşma Ximkidəki “Rodina” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.