İDMAN


“Qəbələ” klubunun UEFA Avropa Liqasında “Yagelloniya” klubu ilə oyunu heç-heçə yekunlaşıb

Bakı, 13 iyul, AZƏRTAC

“Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Bakcell Arena”da Polşanın “Yagelloniya” klubu ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Almaniyalı baş hakim Marko Fritzin idarə etdiyi görüşün “Qəbələ” - “Yagelloniya” oyununun ilk hissəsi Polşa təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Birinci hissənin 10-cu dəqiqəsində qəbələlilər ilk təhlükəli vəziyyət yaratsalar da, hesabı aça bilməyiblər. Bundan beş dəqiqə sonra rəqib komandada Arvidas Novikovasın künc zərbəsindən sonra qonaqların heyətində Taras Romançuk fərqlənib - 1:0. Bu qoldan sonra hücuma atılan qəbələli futbolçular bir neçə real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər. Futbolçularımızın qeyri-dəqiqliyi və rəqib qapıçının inamlı oyunu sayəsində ilk hissədə hesab dəyişməyib.

İkinci hissəyə daha fəal başlayan Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib. Görüşün 47-ci dəqiqəsində komandamızın heyətində İlqar Qurbanovun ötürməsindən sonra Stiven Jozef-Monroz topu qapıdan keçirib – 1:1. Matçın qalan dəqiqələrində qapılara top vurulmayıb və görüş bu hesabla yekunlaşıb.

Qeyd edək ki, ötən mövsümün Topaz Premyer Liqasının gümüş mükafatçısının “Yagelloniya” ilə matçı Azərbaycan klublarının bu turnirdə 200-cü oyunu olub.

Bu komandalar arasındakı cavab matçı iyulun 20-də Polşada olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.