İDMAN


“Qəbələ” komandası Avropa Liqasına heç-heçə ilə başlayıb YENİLƏNİB

Bakı, 13 iyul, AZƏRTAC

“Qəbələ”-“Yagelloniya” oyunu 1:1 hesabı ilə heç-heçə başa çatıb.

22:13

“Qəbələ”-“Yagelloniya” oyununun ikinci hissəsinin əvvəlində hesab bərabərləşib. Görüşün 47-ci dəqiqəsində komandamızın heyətində İlqar Qurbanovun ötürməsindən sonra Stiven Jozef-Monroz topu qapıdan keçirib.

21:50

“Qəbələ” “Yagelloniya” oyununun ilk hissəsi Polşa təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Birinci hissəsinin 15-ci dəqiqəsində rəqib komandada Arvidas Novikovasın künc zərbəsindən sonra Taras Romançuk fərqlənib. Bu qoldan sonra hücuma atılan qəbələli futbolçular bir neçə real qol imkanları əldə etsələr də, bundan yararlana bilməyiblər.

21:01

“Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələnin ilk oyunu çərçivəsində Azərbaycan təmsilçisi “Bakcell Arena”da Polşanın “Yagelloniya” klubu ilə qarşılaşır.

“Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Elvin Məmmədov, Endi Hallidey, Cavid Hüseynov, Vitali Vernidub, İlqar Qurbanov, Filip Ozobiç, Xuan Hernandez, Stiven Jozef-Monroz və Urfan Abbasov yer alıblar.

Polşa komandasının ilk on birliyində meydana Marian Klemen, Yacek Qoralski, Taras Romançuk, Lukas Burlika, Arvidas Novikovas, Fyodor Çerniç, Gilyerme Sitya, Pırjemislav Mistovski, Qutyer Tomelin, İvan Runye və Silian Şeridan çıxıblar.

Matçı Almaniyadan olan hakimlər briqadası idarə edir. Görüşün baş hakimi almaniyalı Marko Fritzdir. Ona həmyerliləri Holger Gunter Henşel və Marsel Pelgrim kömək edirlər. Dördüncü hakim funksiyasını isə Guido Vinkmann yerinə yetirir.

Qeyd edək ki, ötən mövsümün Topaz Premyer Liqasının gümüş mükafatçısının “Yagelloniya” ilə matçı Azərbaycan klublarının bu turnirdə 200-cü oyunudur.

Bu komandalar arasındakı cavab matçı iyulun 20-də Polşada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.