İDMAN


“Qəbələ” komandası Bakı səfərində “Neftçi”nin qapısına 8 top vurub

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşündə “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gəliblər.

Qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:0. Bu oyunda Baqali Dabo “het-trik”, “Qəbələ”nin “Neftçi”dən transfer etdiyi Ruslan Qurbanov isə “dubl” edib.

Bununla da “Neftçi” tarixində ən böyük hesablı məğlubiyyətlə üzləşib. “Qəbələ” isə tarixinin ən böyük hesablı qələbəsini qazanıb.

Qeyd edək ki, “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”da ot örtüyünün yenilənməsi işləri aparıldığından qarşılaşma Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirilib. Komandaların əvvəlki duellərində paytaxt klubu 14, “Qəbələ” isə 10 qələbə qazanmışdılar. 8 oyunda isə qalib müəyyənləşməmişdi. “Neftçi” son üç ildə öz meydanında “Qəbələ”yə qalib gələ bilməyib.

Bu qələbə sayəsində “Qəbələ” xallarını 7-yə çatdıraraq ikinci pilləyə yüksəlib. Amma komandanın ehtiyatda bir oyunu var. “Neftçi” isə 3 xalla altıncı pillədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.