İDMAN


“Qəbələ” komandası Brüsselə yola düşüb

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC 

“Qəbələ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində Belçika “Anderlext”i ilə keçirəcəyi səfər matçı üçün Brüsselə yola düşüb.

AZƏRTAC xəbər verir ki, komanda üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Belçika paytaxtına çarter reysi ilə gediblər.

Bu gün baş məşqçi Roman Qriqorçukun yetirmələri “Konstant van den Stok” stadionunda oyunqabağı son məşqinə çıxacaqlar.

Rəqib komanda isə heyətini yeni futbolçularla gücləndirir. Qrup mərhələsi çərçivəsində ilk oyununu “Qəbələ”yə qarşı keçirəcək “Anderlext” azarkeşlərlə görüş təşkil edəcək. Belçika təmsilçisi qarşılaşma öncəsi yeni transferləri ilə bağlı təqdimetmə mərasimi keçirəcək.

Təqdimetmə mərasimi bu gün komandanın son məşqindən əvvəl baş tutacaq. Məşqdən bir neçə saat əvvəl stadionun qapıları azarkeşlərin üzünə açıq olacaq.

Həmçinin “Anderlext”də sabahkı görüşün hazırlıqları da davam edir. Ancaq “Qəbələ” ilə matça maraq hələlik gözləniləndən fərqlidir. Son məlumata görə, Avroliqa matçı üçün cəmi 10 min bilet satılıb. Oyunun keçiriləcəyi “Konstant Vanden Stok” stadionunun tutumu isə iyirmi səkkiz mindir. Biletlərin qiymətləri 12-25 avro arasında dəyişir.

Xatırladaq ki, “Anderlext”–“Qəbələ” matçı sentyabrın 15-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.