İDMAN


“Qəbələ” komandası “Kəpəz”ə iki cavabsız qolla qalib gəlib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Avqustun 8-də futbol üzrə Topaz Premyer Liqasında 2016/2017-ci il mövsümünün ilk turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu görüşündə “Qəbələ” və “Kəpəz” komandaları qarşılaşıb. “Dalğa Arena”da oynanılan matçda ilk qol matçın 58-ci dəqiqəsində nominal meydan sahiblərinin aktivinə yazılıb. “Qəbələ”nin heyətində Tellur Mütəllimov fərqlənib. Görüşün 79-cu dəqiqəsində isə Baqali Dabo T.Mütəllimovun ötürdüyü topu başla qapıya göndərib - 2:0. Oyun bu hesabla da başa çatıb.

Turun digər oyununda “Neftçi” AZAL-ı 2:0, “Sumqayıt” “Zirə”ni 1:0, “İnter” isə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.