İDMAN


“Qəbələ” komandası “Stubay Cup” turnirində qüvvəsini sınayıb

Bakı, 19 iyun, AZƏRTAC

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu hazırlıq çərçivəsində mini-turnirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayıblar. Komandamız hər oyunu 45 dəqiqəlik bir hissədən ibarət olan turnirdə ilk matçını “Vakker”ə qarşı keçirib.

Qarşılaşmada Avstriya təmsilçisi qalib gəlib – 1:0. “Vakker” klubunun futbolçuları MOİK-lə oyunda 1:3 hesabı ilə məğlub olublar. Turnirin son görüşündə isə “Qəbələ” Sofiya təmsilçisi ilə qarşılaşıb. Bu matçda da qələbə qazanan Bolqarıstan klubu turnirin qalibi olub. Dördüncü dəqiqədə hesabı açan MOİK final fiti ərəfəsində hesabı artırmağa nail olub. Oyunda 2:0 hesablı qələbə qazanan sofiyalılar turniri 6 xalla başa vurublar.

Xatırladaq ki, iyunun 7-dən Avstriyada olan “Qəbələ” bunadək 2 yoxlama oyunu keçirib. Yerli “Fulpmes”ə 8:0 hesabı ilə qalib gələn komandamız Rusiya “Axmat”ına 0:1 hesabı ilə uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.