İDMAN


“Qəbələ” komandası “Sumqayıt”a qalib gələrək çempionatda liderliyi ələ keçirib

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC 

Sentyabrın 22-də futbol üzrə Topaz Premyer Liqasının üçüncü turunun təxirə salınmış görüşündə “Qəbələ” komandası “Sumqayıt”a iki cavabsız qolla qalib gəlib.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılan qarşılaşmada qalib gələn meydan sahibləri çempionatda liderliyi ələ keçiriblər.

Hər iki qol oyunun son dəqiqələrində vurulub. Çempionatın bombardiri Baqali Dabo matçın 85-ci və 90-cı dəqiqələrində dubl edərək komandasına qələbə qazandırıb. Futbolçu aktivindəki qolların sayını altıya çatdırıb.

Bu qələbə sayəsində baş məşqçi Roman Qriqorçukun komandası 13 xalla liderliyə yüksəlib. “Sumqayıt” isə dörd xalla altıncı pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.