REGİONLAR


Qəbələ komandası cüdo üzrə zona birinciliyinin qalibi olub

A+ A

Qəbələ, 29 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Qəbələ rayonunda yeniyetmələr arasında cüdo üzrə zona birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz rayonundan 100-dək idmançı iştirak edib. Yarış cüdo idman növünün regionlarda təbliği və inkişafına nail olmaq, yerli idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, uşaq və yeniyetmə idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, cüdo üzrə rayon yığma komandasının tərkibini müəyyənləşdirmək məqsədi daşıyıb.

Turnirin açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının nümayəndələri Tərlan Poladov və Tərlan Həsənov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat verib və idmançılara uğurlar arzulayıblar.

İki gün davam edən yarışda 2000-2002 və 2003-2004-cü il təvəllüdlü oğlan və qızlar mükafat uğrunda mübarizə aparıblar. Mövcud beynəlxalq qaydalara əsasən keçirilən yarışda qazanılan medalların sayına görə Qəbələ komandası birinci yeri tutub. Zona birinciliyində ilk üç yeri tutan idmançılara medal və fəxri fərman verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.