İDMAN


“Qəbələ” komandasının futbolçusu Avropada bombardirlər siyahısında liderdir

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

“Qəbələ” futbol klubunun fransalı hücumçusu Baqali Dabo Avropanın milli çempionatlarının ən məhsuldar bombardirləri siyahısına liderlik edir.

AZƏRTAC xəbər verir ki, Topaz Premyer Liqasında 7 qolla bombardir olan fransalı hücumçu bu nəticəni meydanda olduğu 452 dəqiqə ərzində əldə edib. Bu isə orta hesabla hər 64 dəqiqəyə bir qol deməkdir.

B.Dabo bu göstərici ilə Lionel Messi, Edin Ceko, Edison Kavani kimi ulduz futbolçuları qabaqlayaraq siyahının ilk pilləsində yer alıb. Bu göstərici Edison Kavanidə (“PSJ”) 77, Lionel Messidə (“Barselona”) 82, Edin Cekoda (“Roma”) isə 88 dəqiqə təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.