REGİONLAR


Qəbələ nümayəndə heyəti Ukraynada “Böyük Rovno. İnvestpotensial” II Beynəlxalq Biznes-Forumda iştirak edib

A+ A

Qəbələ, 29 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın Rovno şəhərində keçirilən “Böyük Rovno. İnvestpotensial” II Beynəlxalq Biznes-Forumunda iştirak edib. Səfər Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası sədrinin dəvəti ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, forum çərçivəsində Rovno Vilayət Dövlət Administrasiyasında görüş keçirilib. Administrasiyanın sədri Aleksey Mulyarenko ilə keçirilən görüşdə sənaye, mədəniyyət, turizm və digər sahələr üzrə əlaqələrin perspektivləri müzakirə olunub.

Səfər zamanı nümayəndə heyəti Rovno vilayətinin sənaye obyektləri, istehsal müəssisələri, tarixi-mədəniyyət abidələri və turizm potensialı ilə yaxından tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.