CƏMİYYƏT


Qəbələ rayonunda tank əleyhinə iki tüstü minası aşkar olunub

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı əsasında Qəbələ rayonunda keçmiş hərbi şəhərciyin zirzəmisinə baxış keçiriblər.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, baxış zamanı tank əleyhinə iki tüstü minası (UDŞ) aşkar edilib. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 500 kvadratmetr ərazi yoxlanılıb.

Yanvarın 1-dən mayın 25-dək agentlik tərəfindən 5650 partlamamış hərbi sursat, tank əleyhinə 182 mina və piyada əleyhinə 27 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 3 milyon 322 min 93 kvadratmetr ərazi yoxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.