REGİONLAR


Qəbələ regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

A+ A

Qəbələ, 20 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Avqustun 20-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, regional mərkəz Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində qeydiyyatda olan və ümumi sayı 900 mindən çox olan vətəndaşa xidmət göstərir.

Qəbələ “ASAN xidmət” mərkəzi ölkəmizdə fəaliyyət göstərən sayca 10-cu regional qurumdur. Burada vətəndaşlara xidmət göstərən işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.

Qeyd edək ki, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.