REGİONLAR
Qəbələ səhnəsində Azərbaycan, İtaliya, ABŞ və Rusiya musiqiçilərinin iştirakı ilə sonuncu kamera konserti keçirilib
Qəbələ, 3 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Artıq altı gündür ki, klassik musiqi dinləyicilərinə unudulmaz anlar yaşadan IX Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, avqustun 3-də Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan “Dörd əl axşamı” adlı sonuncu kamera konsertində pianoçular - Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-ın Duksburi Musiqi Festivalının bədii rəhbəri Stefan Deitz, İtaliyanın “L.Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova (viola) çıxış ediblər.
Festival iştirakçıları dünyanın tanınmış musiqiçilərinin canlı ifasında Avropa bəstəkarları R.Şubert, İ.Brams, Q.Fore və C.Gerşvinin ölməz əsərlərini dinləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]