İDMAN


“Qəbələ” və “Qarabağ” klubları Tbilisidə üz-üzə gələcəklər

Bakı, 1 iyun, AZƏRTAC

Tbilisidə Nodar Axalkatsinin xatirəsinə futbol turnirində növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dörddəbir final mərhələsinin oyunları keçirilib. Qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstan təmsilçisi “Saburtalo” ilə qarşılaşıb. Qolsuz bərabərliklə başa çatan görüşün taleyi penaltilər seriyasında həll olunub. Meydan sahibləri oyunsonrası seriyada daha sərrast olub – 5:4.

Turnirdə 5-8-ci yerlər uğrunda mübarizə aparmalı olan “Qəbələ” “Neftçi İdman Klubu” İctimai Birliyinin komandası ilə üz-üzə gəlib. Cuma Hüseynov, Samir Musayev və Ziya Şekerxanovun fərqləndiyi oyunda “qırmızı-qaralar” böyük hesablı qələbə qazanıblar – 3:0.

“Qəbələ” beşinci yer uğrunda görüşdə “Qarabağ”la qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.