İDMAN


“Qəbələ” və “Qarabağ” komandalarının UEFA Avropa Liqasında ev oyunlarının başlama saatı dəqiqləşib

A+ A

Bakı, 30 avqust, AZƏRTAC 

Azərbaycanın UEFA Avropa Liqasında mübarizə aparan klubları - “Qarabağ” və “Qəbələ”nin ev oyunlarının vaxtı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın Bakıdakı bütün görüşlərinin saat 19:00-da start götürməsi qərara alınıb. “Qarabağ” birinci turda “Slovan”ı, üçüncü turda PAOK-u, altıncı turda isə “Fiorentina”nı saat 19:00-da qəbul edəcək.

“Qəbələ” komandası da ikinci turda “Maynts”, beşinci turda “Anderlext” ilə saat 19:00-da qarşılaşacaq. Yalnız dördüncü turda keçiriləcək “Qəbələ”-“Sent-Etyen” matçı saat 21:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.