CƏMİYYƏT


Qəbələdə 10 otaqlı inzibati bina yanıb

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də gecə saatlarında Qəbələ rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, rayonun Tüntül kəndində ümumi sahəsi 460 kvadratmetr olan birmərtəbəli 10 otaqlı inzibati bina içərisindəki əşyalarla birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.