REGİONLAR


Qəbələdə 36 abituriyent qəbul imtahanlarında 600-dən çox bal toplayıb

A+ A

Qəbələ, 29 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Bu il Qəbələ rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Qəbələnin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında müvəffəqiyyət qazanan məzunlardan 1419 nəfəri tam orta təhsil kursu üzrə attestat alıb. Onlardan 3 nəfəri orta məktəbi qızıl medalla bitirib. Qəbələli məzunlardan 760 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Onlardan da 424 nəfəri tələbə adını qazanıb.

Ali məktəblərə daxil olan abituriyentlərdən 36 nəfər 600-dən çox bal toplayıb. Builki imtahanlarda rayonun məzunları arasında ən yüksək nəticəni Mıxlıqovaq kənd orta məktəbin məzunu Şirinov Amil Rüfət oğlu əldə edib. O, imtahanlarda 679 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.

Keçən il rayonda 467 abituriyent tələbə adını qazanmışdı ki, onlardan da 50 nəfəri 600-dən çox bal toplamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.