REGİONLAR


Qəbələdə Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin konserti olub VİDEO

A+ A

Qəbələ, 31 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan konsert böyük tamaşaçı marağına səbəb olub. Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılıb. Orkestrin repertuarı çox geniş və rəngarəngdir. “Vayner Akademiya” Kamera Orkestri Jun-Tokusen və Due Disque Beynəlxalq Qran-Pri mükafatlarını qazanıb.

“Avstriyanın elm və incəsənətinə xidmətə görə Şöhrət Xaçı”, Praqada V.A.Motsart, Macarıstanda F.List mükafatlarına layiq görülmüş dünya şöhrətli dirijor Martin Heselbökun rəhbərlik etdiyi konsertdə Avstriya və İtaliya bəstəkarlarının əsərləri səsləndirilib. Yerli və xarici tamaşaçılar qarşısında Avstriyanın tanınmş musiqiçiləri-Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) Avropa bəstəkarlarının klassik əsərlərini gözəl ifa etməklə onlara unudulmaz anlar yaşadıblar.

İyulun 31-də axşam saat 21:00-da isə Qəbələdə İspaniyanın Castro Romero Flaminqo rəqs və xoreoqrafiya qrupunun konserti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.