REGİONLAR


Qəbələdə Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilir

A+ A

Qəbələ, 2 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən başlayaraq Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, “Qafqaz Resorte” otelində təşkil olunan müsabiqədə Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları mükafatlar uğrunda bacarıqlarını nümayiş etdirirlər. Avqustun 5-dək davam edəcək müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Malekidir.

İki turdan ibarət olan müsabiqədə I, II və III yerə çıxan pianoçular müvafiq olaraq 5000, 3000 və 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.