REGİONLAR
Qəbələdə “Tarla günləri” keçiriləcək
Bakı, 28 aprel, AZƏRTAC
Qəbələ rayonunda “Tarla günləri” keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aqrar sektorda son yenilikləri və imkanları özündə əyani surətdə əks etdirən bu tədbirin açılışı mayın 2-nə planlaşdırılır. “Tarla günləri”ndə məhsulların əkin və becərmə texnologiyaları, qazanılmış nailiyyətlər, elmi-tədqiqat işlərinin nəticələri, texnika, avadanlıq, gübrə, pestisid və digər potensial əməkdaşlıq imkanları nümayiş etdiriləcək.
Tədbirə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, məsul işçiləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, xarici ölkə səfirlikləri, ictimai birlik nümayəndələri, alimlər və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar qatılacaqlar.
“Tarla günləri” “Kənd təsərrüfatı ili” ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində təşkil ediləcək.