REGİONLAR
Qəbələdə “Tarla günləri” sərgisi açılacaq
Bakı, 1 aprel, AZƏRTAC
Aprel ayının 4-dən oktyabrın 10-dək Qəbələ rayonunda “Tarla günləri” sərgisi keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, “Tarla günləri” açıq hava sərgisi layihəsinin iş planına uyğun olaraq nazirliyin təşkilatçılığı və “Aqroplatforma” şirkətinin dəstəyi ilə martın 30-da Qəbələ rayonunda sərgiyə hazırlıq məqsədi daşıyan seminar təşkil olunub.
Seminarda Kənd Təsərrüfatı Nazirliyi Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Milli Elmlər Akademiyasının, Aqrar Elm Mərkəzinin, Elmi Tədqiqat institutlarının əməkdaşları və aqrar sektorda fəaliyyət göstərən şirkətlərin, toxumçuluq təsərrüfatlarının, gübrə və pestisid satışı ilə məşğul olan firmaların nümayəndələri iştirak ediblər.
Tədbirdə sərginin məqsədi, təşkili ilə bağlı təqdimatlar dinlənilib, fikir mübadiləsi aparılıb.