REGİONLAR
Qəbələdə YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib
Qəbələ, 5 mart, AZƏRTAC
Qəbələ rayonunda Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv qəbul edilən gənclərə vəsiqələr təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində təşkil olunan tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, YAP-ın yaranmasındakı böyük rolundan, eləcə də partiyanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıblar.
Çıxışlarda bildirilib ki, YAP Qəbələ rayon təşkilatı hazırda 76 ərazi ilk təşkilatında 5 min 950 üzvü öz ətrafında birləşdirir. Onlardan 2300-ü ali təhsilli, o cümlədən 2359-u qadın, 2248-i gənclərdir. Son bir ildə Qəbələ rayonunda Yeni Azərbaycan Partiyasına 304 nəfər yeni üzv qəbul olunub.
Tədbirdə Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin 20 nəfər müəllim və tələbəsinə YAP sıralarına yeni qəbul olunmaları münasibətilə üzvlük vəsiqələri təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]