REGİONLAR


Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışları başa çatıb VİDEO

A+ A

Qəbələ, 22 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Sentyabrın 18-dən başlayaraq Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı iştirak edib.

Yarışların sonuncu günü, yəni sentyabrın 22-də oğlanlar arasında səngər stend atıcılığı üzrə qaliblər məlum olub. Bu yarışda ölkəmizi Əlimirzə Quliyev, Mirmömin Ağazadə, Sabir Mehdizadə, Elmar Sadıqov, Ramil Əliyev, Vaqif Məmmədov təmsil edib. Güclü idmançıların mübarizə apardığı yarışda komanda üzvlərimiz mükafat qazana bilməyib.

Avstriya idmançısı Jack Vallage birinci, İtaliya idmançıları Simone Ambrosio ikinci və Matteo Maronqiu üçüncü yeri tutub. Bu yarışda ümumi hesabda İtaliya, Avstriya, Hindistan komandaları müvafiq olaraq I-III yerlərə çıxıblar. Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib.

Dünya Kuboku yarışlarında medalların ümumi sayına görə Rusiya komandası 25 medalla birinci, Hindistan idmançıları 24 medalla ikinci, Çin atıcıları 8 medalla üçüncü yerdə qərarlaşıb. Rusiya idmançıları 12 qızıl, 9 gümüş və 4 bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.