REGİONLAR


Qəbələdə atıcılıq üzrə Dünya Kuboku yarışlarında daha 4 dəst medal sahiblərinə təqdim edilib VİDEO

A+ A

Qəbələ, 21 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Sentyabrın 21-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində Dünya Kuboku uğrunda atıcılığın daha 3 növü üzrə yarışlar keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışların dördüncü günü gənclər həm stend, həm də güllə atıcılığı yarışlarında bacarıqlarını nümayiş etdiriblər. Oğlanlar arasında kiçikçaplı tüfəngdən 50 metr məsafəyə 3 mövqedə atəş açma, qızlar və oğlanlar arasında kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açma, eləcə də səngər stend atıcılığı üzrə yarışların qalibləri məlum olub.

Səngər stend atıcılığı yarışlarında Azərbaycanı 7 idmançı təmsil edir. Aydan Camalov qızların yarışında 63 xalla 8-ci yeri tutub. Bu yarışda Çin idmançısı Cuncun Vanq birinci, Rusiya atıcısı Yuliya Tuqolukova ikinci, İtaliya təmsilçisi Maria Lucia Palmitessa üçüncü yerə çıxıb. Rusiya, Çin və Hindistan komandaları müvafiq olaraq I-III yerlərə layiq görülüblər.

Səngər stend üzrə oğlanların yarışında isə ölkəmizi Əlimirzə Quliyev, Mirmömin Ağazadə, Sabir Mehdizadə, Elmar Sadıqov, Ramil Əliyev, Vaqif Məmmədov təmsil edir. Bu yarışın qalibləri ayın 22-də məlum olacaq.

Oğlanlar arasında kiçikçaplı tüfəngdən 50 metr məsafəyə 3 mövqedə atəş açma yarışlarında Norveç idmançısı Benjamin Tingsrud Karlsen birinci, Çexiya atıcısı Filip Nepeşal ikinci, Rusiya təmsilçisi Timu Ahmedzanov üçüncü yeri tutub.

Oğlanlar arasında kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışında Hindistan atıcıları Anhad Javanda birinci və Gurmeet Gurmeet ikinci, Avstriya idmançısı Sergey Evqlevski üçüncü yeri tutub. Güclü idmançıların mübarizə apardığı bu yarışda Azərbaycan idmançısı Elvin Astanov 16-cı olub. Həmin yarışda ümumi hesabda Hindistan, Avstriya və Qətər komandaları müvafiq olaraq I-III yerləri tutublar.

Qızlar arasında kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açma yarışında Rusiya idmançısı Margarita Lomova birinci, Bolqarıstan atıcısı Miroslava Minçeca ikinci, Çexiya təmsilçisi Anna Dedova üçüncü yerə layiq görülüb. Bu yarışda Azərbaycan idmançısı Leyla Mirzəzadə 18-ci olub. Yarışda ümumi hesabda Hindistan və Tayland komandaları I-II yerləri əldə ediblər.

Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib. Hazırda medalların ümumi sayına görə Rusiya komandası 25 medalla birinci, Hindistan idmançıları 23 medalla ikinci, Çin atıcıları 8 medalla üçüncü yerdədir. Rusiya idmançıları indiyədək 12 qızıl, 9 gümüş və 4 bürünc medal qaza

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.