İDMAN


Qəbələdə cüdo məşqçiləri üçün seminar keçirilib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC 

Respublikamızın bölgələrində cüdo məşqçiləri üçün keçirilən seminarlar davam edir.

AZƏRTAC xəbər verir ki, Zaqataladan sonra növbəti belə bir seminar Qəbələdə təşkil edilib. Qəbələ İdman Olimpiya Kompleksində keçirilən seminara Qəbələ, Oğuz, İsmayıllı, Qobustan, Ağsu və Şamaxıdan olan məşqçi müəllimlər qatılıb.

Azərbaycan Cüdo Federasiyasının “Regionlarda cüdonun inkişafı” sektorunun müdiri Tərlan Poladov, Məşqçilər Komitəsinin üzvləri Musa İsmayılov və Tərlan Həsənov digər seminarlarda olduğu kimi bu dəfə də müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat veriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.