İQTİSADİYYAT
Qəbələdə fəaliyyətə başlayan “Chipsim” zavodunda yerli, ekoloji təmiz xammaldan istifadə edilir
“Gilan Holdinq”dən AZƏRTAC-a bildiriblər ki, brendin təqdimat mərasimində holdinqin idarə heyətinin sədri Cəmil Muradov Qəbələdə “Chipsim” zavodunun fəaliyyətə başlaması ilə 400-ə yaxın şəxsin daimi işlə təmin edildiyini, Prezident İlham Əliyevin Qəbələyə səfəri çərçivəsində Gilan Qida Şəhərciyi ilə tanış olduğunu bildirib. C.Muradov dünyanın inkişaf etmiş ölkələrinin – ABŞ və Yaponiyanın ən son texnologiyaları ilə təchiz olunmuş müəssisədə yerli, ekoloji təmiz xammaldan istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasimində iştirak edənlər “Chipsim” məhsulunu ilk dəfə dadmaq imkanı qazanıblar. Məhsul haqda yüksək fikirdə olan market sahibrləri ilk böyük sifarişlərini də elə orada veriblər.
Yeni məhsul - “Chipsim” müxtəlif ədviyyatlardan istifadə olunmaqla, yüksək keyfiyyətli və tam təbii kartofdan hazırlanır. Qablaşdırmanın ölçüləri də istehlakçılara geniş seçim imkanı verir. Belə ki, “Chipsim” 20 qram, 75 qram, 150 qram çəkidə qablaşdırılır. Gündə 20 ton məhsul istehsal etmək gücünə malik zavod nəinki Azərbaycan, hətta MDB miqyasında fəaliyyət göstərə biləcək.