REGİONLAR


Qəbələdə güllə atıcılığı üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi keçirilir

Qəbələ, 7 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə iyunun 6-dən 14-dək Qəbələ rayonunda keçiriləcək olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimi Heydər Əliyev Konqres Mərkəzində keçirilir.

Qeyd edək ki, Dünya Kuboku yarışlarında iştirak etmək üçün Qəbələyə 45 ölkədən 700-ə yaxın idmançı gəlib. Beynəlxalq yarışa iyunun 8-də start veriləcək.

Bu mötəbər yarışda güllə atıcıları 10 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmançılar tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açaraq, hədəfi vurmaq uğrunda bacarıqlarını nümayiş etdirəcəklər.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.