REGİONLAR


Qəbələdə istedadlı uşaqlar Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər

Qəbələ, 19 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ Mədəniyyət Mərkəzində rayon uşaq musiqi məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, rayonda musiqi təhsili alan şagirdlərin 2016-2017-ci tədris ilinin yekunu ilə bağlı hesabat konsertində iştirak edən 100-ə yaxın uşaq və yeniyetmə tar, kamança, qarmon, nağara, piano, skripka, fortepiano və digər çalğı alətlərində bacarıqlarını göstəriblər. Konsertin proqramına uyğun olaraq Azərbaycan və Avropa bəstəkarlarının, dünya klassiklərinin əsərlərindən parçalar ifa edən şagirdlər bu sənət imtahanından uğurla çıxıblar. Eyni zamanda, balaca musiqiçilər hesabat konsertində Azərbaycanın xalq mahnılarını, milli rəqsləri də böyük məharətlə ifa ediblər.

Nümunəvi çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Mərasimdə çıxış edənlər musiqi məktəbində təhsil alan uşaqları təbrik edib, şagirdlərə növbəti dərs ilində uğurlar arzulayıblar. Məlumat verilib ki, musiqi məktəbinin şagirdləri tez-tez rayon və respublika miqyasında keçirilən müsabiqə və digər mədəni-kütləvi tədbirlərə, ifaçıların ümumrespublika müsabiqələrinə, musiqi məktəblərinin dostluq görüşlərinə qatılırlar.

Konsert proqramından sonra tamaşaçılar Qəbələ Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş incəsənət məktəbi şagirdlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.