REGİONLAR


Qəbələdə kamera konsertində dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib VİDEO

A+ A

Qəbələ, 4 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzində növbəti kamera konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə və Almaniyanın Nürnberq Musiqi Akademiyasının müəllimi Nərgiz Səmədova pianoda K.Sen-Sans, C.Vilyams, Niyazi, F.Əmirov, İ.Frolov, F.Kreysler, F.P.Tosti, E.de Kurtis, Ç.A.Biksio və A.Şilkloperin əsərlərini səsləndiriblər.

Konsertdə, həmçinin Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konsertmeysteri Ümidə Abbasova (violin), bir sıra beynəlxalq müsabiqələrin qalibi, rusiyalı Arkadi Şilkloper (valtorna) iştirak edib.

Tanınmış musiqiçilərın ifaları tamaşaçılara unudulmaz anlar yaşadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.