REGİONLAR
Qəbələdə keçirilən “Sərhəd” hərbi-idman oyununun qalibi məlum olub
Qəbələ, 21 aprel, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsinin, Qəbələ Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda rayonun orta məktəblərinin 10-cu sinif şagirdlərindən ibarət komandalar iştirak edib.
Komandalar 8 mərhələ üzrə güclərini sınayıb və yekunda Abrıx kənd tam orta məktəbin komandası I yer, Vəndam qəsəbə 2 saylı tam orta məktəbin komandası II yer və Tikanlı kənd tam orta məktəbin komandası III yerə layiq görülüb. Abrıx kənd tam orta məktəbin komandası Şəki şəhərində keçiriləcək yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [22:28]
Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub
- 26.04.2024 [22:19]
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
- 26.04.2024 [22:14]
Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]